Cümə , Yanvar 28 2022
azfa

Çin uyğur soyqırımını pərdələmək məqsədilə xüsusi alçaqlıqla uyğur qadınları şərləmə kampaniyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin Şərqi Türküstandakı Uyğurlara qarşı etdiyi soyqırım üzündən artan qlobal təzyiq qarşısında alçaqcasına uyğur qadınları şərləmə kampaniyasına başlayıb.

Çinli səlahiyyətlilər həbs və zorakılığa məruz qoyduğu uyğur qadınları şərləyib, onları ləkləməyə çalışıblar. Bu istiqamətdə onlar rəzilliklə şəxsi məlumatlar adı ilə bir sıra məlumatları yayınlayıblar.

Çin rejimi paylaşdıqları məlumatlarda uyğur qadınların pis xarakterli olduğuna iddia etməklə dünya səviyyəsində onlara qarşı təzyiqlərdən yayınmağa çalışır.

Çin Xarici İşlər Nazirliyi, bazar ertəsi günü qadınlarla bağlı açıqlanan məlumatlarla bağlı sualları cavablandırmaqdan imtina etdi; bununla birlikdə beynəlxalq səviyyədə fəaliyyət göstərən insan haqları fəalları Çinin yaydığı məlumatların saxta olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ başda olmaqla bir sıra Avropa ölkələri Çinin uyğurlara qarşı soyqırımı siyasətini tanıqmaqdadırlar. Bu isə Çinin kommunist rejimini qorxuya salıb.

Həmçinin yoxlayın

İran Ermənistanla qızıl və almaz hasilatı sahələrində əməkdaşlıq edə bilər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın Qızıl, Cəvahirat, Gümüş və Qiymətli …

Türkiyənin TOGG avtomobili “CES-in Ən Yaxşı 20 Brendi”ndən biri seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası …