Cümə axşamı , İyul 30 2026
azfa

Çində Azərbaycan Türkcəsi və Mədəniyyəti Mərkəzi açılıb

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Türkcəsi və Mədəniyyəti Mərkəzi açılıb. Böyük infrastruktura malik Xudzou Universitetində Azərbaycan Türkcəsi və Mədəniyyəti Mərkəzinin yaradılması üçün geniş məkan ayrılıb.

Mərkəzdə Azərbaycanın tarixini, coğrafiyasını, etnoqrafiyasını, ədəbiyyatını, mədəniyyətini, dövlət atributlarını, dövlətçilik tarixini, hazırda dünya birliyində tutduğu mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini özündə əks etdirən kitablar, görkəmli rəssamlarımızın rəsmlərindən ibarət toplular, xalq və bəstəkar musiqiləri toplanan albomlar yerləşdirilib.

Universitetin prezidenti, professor Zhang Liqin rəhbərlik etdiyi ali məktəbdə bu cür mərkəzin açılmasının Çin-Azərbaycan münasibətlərinin müxtəlif müstəvilərdə daha dərin inkişafına səbəb olacağına əminliyini bildirib. Mərkəzin açılışında iştirak etmək üçün Çinə səfər edən Aərbaycan Dövlət Universitetinin nümayəndələri Xudzou Universitetinin prezidentinə göstərdiyi diqqətə və Azərbaycana olan sevgisinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Aərbaycan Dövlət Universitetində hazırda 14 ölkənin dilini, mədəniyyətini, tarixini, dövlətçiliyini öyrənən xarici mərkəz fəaliyyət göstərir. Aərbaycan Dövlət Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetdə fəaliyyət göstərən mərkəzlərə alternativ olaraq həmin ölkələrin nüfuzlu ali məktəblərində Azərbaycan Türkcəsi və mədəniyyəti mərkəzləri açılmağa başlayıb.

Həmçinin yoxlayın

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …

Azərbaycanlı dənizçilərin olduğu gəmi Odessa sahillərində PUA hücumuna məruz qalıb

GADTB: Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz …

Bir cavab yazın