Cümə , Sentyabr 25 2026
azfa

Çinin soyqırım siyasi ilə bağlı dörd gün çəkəcək Uyğur Tribunalı işinə başlayıb – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Aprelin 4-ü səhər saatlarında Londonda Uyğur Tribunalı işinə başlayıb. Tribunal Çin dövlətinin uyğurlara, qazaxlara və digər türk xalqlarına qarşı tətbiq etdiyi soyqırımı dəyərləndirir. Hazırda davam edən açıq dinləmələrdə bir neçə uyğur şahid ifadə verib.

İnternet üzərindən canlı yayımlanan dinləmələr ingilis və uyğur dilində aparılır.

Qeyd edək ki, Uyğur Tribunalı Dünya Uyğur Qurultayının rəhbəri Dolkun İsanın təşəbbüs və təklifi ilə qurulub.

Tribunalı Soyqırıma Reaksiya Koalisiyası (Coalition for Genocide Response) adlı qurum 3 sentyabr 2020-ci ildə təşkil edib. Dörd gün ərzində Çinin uyğurlara tətbiq etdiyi zülmü öz üzərində yaşamış şahidlər dindiriləcək və sonda məsələyə hüquqi qiymət veriləcək.

Əlavə edək ki, Çin dövləti sayı ən azı 20 milyon olan uyğur və digər türkləri daimi basqı altında tutur. Uyğurlar kütləvi şəkildə düşərgələrdə saxlanılır, onların ailə üzvlərinə qarşı insanlıq dışı münasibət sərgilənir.

Qırmızı Çin uyğur qadınları qısırlaşdırmaqla artımın qarşısını almaq kimi vəhşi bir yöntəm tətbiq etməkdədir.

Eyni zamanda bu zalım rejim kişilərini sürgünə göndərdikdən sonra evində yalnız qadınların qaldığı uyğur ailələrinə zorla xan çinli kişiləri yerləşdirib “inteqrasiya tərbiyəsi” həyata keçirir.

Bütün bu məsələlər Uyğur Tribunalında geniş müzakirə ediləcək.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …