Cümə , Oktyabr 16 2026
azfa

Co Bayden Həmas məsələsinə müdaxilə etməməklə bağlı İrana mesaj göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Co Bayden Həmas-İsrail müharibəsinə müdaxilə etməməklə bağlı İrana mesaj göndərib.

O deyib: “İrana göndərdiyimiz mesajda açıq şəkildə diqqətli olun deyirik: İran İsrail-Fələstin müharibəsinə qarışmasın.

Həmas amansız cinayətlər törədir və İsraili günahlandırır, bu, ağlasığmazdır.

Mənə Amerikada yəhudiləri qorumaq tapşırılıb və biz heç vaxt antisemitizm və nifrət cinayətlərinin Amerikada yer almasına icazə verməyəcəyik.

Bölgədə ərəb ölkələri də daxil olmaqla, baş verənlərin öhdəsindən gəlməyə kömək edən ölkələr var”.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …