Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Dəsqahi: Urmiya gölünün suyunun həcmi hada 1,76 milyon kubmetr azalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim gölə axan çayların qarşısını kəsdiyi üçün Urmiya gölü sürətlə quruyur. Qərbi Azərbaycan Regional Su Şirkətinin rəisi Məcid Dəsqahi bun8unla bağlı deyib ki, Urmiya gölündə suyun səviyyəsi 54 santimetr azalıb.

İyunun 13-də hesablamalara görə, hazırda göldə suyun səviyyəsi 1270,72 metrdir. Bu isə ötən ilin oxşar dövründə 1271,26 olduğu üçün bu müddət ərzində suyun səviyyəsinin daha da azaldığı bildirilir.

Eyni zamanda ötən ilin eyni dövründə Urmiya gölünün sahəsi 3324 kvadrat kilometr olduğu halda, bu il bu 2396 kvadrat kilometrdir və bununla da bir il müddətində gölün sahəsi 928 kvadrat kilometr azalıb.

2021-ci ilin iyun ayının ortalarında Urmiya gölündə 4 milyard 710 milyon kubmetr su olduğu halda, indi göldə mövcud olan suyun həcmi 2 milyard 950 milyon kubmetrdir və il ərzində göldə suyun daha 1 milyard 760 milyon kubmetr azaldığı qeydə alınıb.

Qeyd edək ki, İran rejimi Urmiya gölünə tökülən çayların qarşısını kəsdiyi üçün göl quruyub.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …