Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İsrailli diplomat: Lazım olsa, İranın nüvə təhdidi ilə təkbaşına mübarizə apararıq

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İsrailin Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Denni Danon İran və İsrail arasında mümkün müharibə ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

O deyib: “İsrail, hətta müttəfiqləri kömək etməsə belə, İranın nüvə silahı əldə etməsinə imkan verməməkdə qərarlıdır”.

Danon 2018-ci ildə Amerikanın nüvə anlaşmasından çıxmasını yanlış adlandıraraq, habelə bildirib: “Eyni zamanda, Amerikanın nüvə anlaşmasına qayıtması da “ciddi səhv” olacaq, çünki İran hər bir halda nüvə məqsədlərini həyata keçirməyə çalışacaq və buna nail olmaq üçün mümkün razılaşmada demokratik ölkələrin etibarından sui-istifadə edəcək”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …