Dağlıq Qarabağa qanunsuz turist səfəri

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın işğal olunmuş əraziləri və Dağlıq Qarabağa hər növ turist səfəri qanunsuz hesab edilir. Lakin bir sıra ölkələrdə o cümlədən İran adlanan ölkədə və Rusiyada Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycanın icazəsi olmadan turist səfərlərinin təşkili adi hal alıb. İranda Dağlıq Qarabağa turist səfərləri açıq təbliğ edilib və təşkil edilir. Bu barədə məlumat bizim saytımızda da dəfələrlə işıqlandırılıb.

Bu dəfə isə Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlıları Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşadakı “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib.

Nəticədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər ləğv edilib. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin rolu olub.

Bu barədə açıqlama verən PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstəriblər və Polşa ictimaiyyətinə tarixi həqiqətlərin çatdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycan Respublikasının Polşadakı səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın