Cümə , Aprel 26 2024
azfa

Daşqın təhlükəsinə görə Loristanda 150 mindən artıq insan evlərini boşaldır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Lorestan vilayətinin Xürrəmabad rayonunun eyni adlı şəhərində 150 mindən artıq insan evlərini boşaldır.

Bu barədə rejimin Lorestan vilayəti valisinin abadlıq məsələləri üzrə müavini Əhməd Muradpur deyib.

Ə.Muradpurun sözlərinə görə, Xürrəmabad rayonunda güclü yağış və çayların daşması nəticəsində fövqəladə vəziyyət elan olunub.

Vali müavini əlavə edib ki, güclü sel nəticəsində bəzi mənzil və mağazalara su dolub. Həmçinin əhaliyə mənzilləri boşaltması üçün xəbərdarlıq edilib.

Qeyd edək ki, son günlər İranın müxtəlif vilayətlərində aramsız yağan yağışlar daşqınlara, şəhər və kəndlərin su altında qalmasına səbəb olub.

İranın Tibbi Ekspertiza Təşkilatı son sel və daşqınlar nəticəsində indiyədək ümumilikdə 51 nəfərin həlak olduğunu təsdiqləyib.

Lorestan valiliyi Fövqəladə Hallar İdarəsinin baş direktoru Qulamrza Ağa Mirzayi bildirib ki, paytaxt Tehrandan cənub istiqamətində dəmir yolu bağlanıb.

Qeyd edək ki, irqçi fars rejim 2 həfdədir daşıqının altında qalan Güney Türkmənistana yardım etmir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın