Şənbə , Noyabr 14 2026
azfa

Ekspert: “Urmiya gölü bərpa oluna bilər”

GADTB: Su və ətraf mühit üzrə iranlı ekspert Möhsün Xansəri bildirib ki, illərdir quruma təhlükəsi ilə üzləşən Urmu gölünün bərpası mümkündür.

O, gölün ekoloji su hüquqları təmin olunacağı halda, təqribən 10 il ərzində tarazlıq vəziyyətinə gətirilə biləcəyini söyləyib.

O, deyib ki, Urmu gölünün quruması regionun ekosisteminə və yerli əhalinin yaşayışına mənfi təsir göstərib. Xansərinin sözlərinə görə, iki əsas sənədin tam şəkildə icrası və təsdiqlənmiş 27 tədbirin həyata keçirilməsi gölün bərpası üçün vacibdir.

Ekspertin fikrincə, bataqlıqların və su resurslarının qorunması üçün 15 milyard kubmetr suya qənaət nəzərdə tutulur və bu planlarda Urmu gölünə xüsusi yer ayrılıb.

Analitik qeyd edib ki, bu strategiyalar davam etdirilərsə, Urmu gölünün yenidən canlandırılması real və mümkün hədəfdir.

O, Urmiya gölünün dirçəldilməsinin mümkünlüyü ilə bağlı deyib: “Mənim cavabım müsbətdir və Urmiya gölünün dirçəlməsi mümkündür, çünki Altıncı İnkişaf Planında və xüsusilə Yeddinci Planda qeyd olunduğu üçün, bataqlıqlar və su balansı üçün 15 milyard kubmetr qənaət edilməli olduğu bildirilir və Urmiya gölünün bu işdəki payı əhəmiyyətlidir, ona görə də Urmiya gölünün bərpası planı yeddinci proqramda nəzərə alınmalıdır.”

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …