Çərşənbə axşamı , May 26 2026
azfa

Ermənilər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi; xəsarət alan var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib.

Ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV” kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …