GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xankəndidən əhalinin kütləvi şəkildə və kortəbii köçürülməsi başlayıb.
Bu məlumatı Rusiyanın “İzvestiya” qəzeti yayıb. İnsanların kütləvi şəkildə İrəvana göndərildiyi bildirilib.
“Orada qohumlarının olub-olmadığını bilmədən birbaşa göndərirlər. Deyirlər ki, onları orada mütləq qarşılayacaqlar. İrəvanda hakimiyyət hər şeyi təşkil edəcək. Polis yoldan keçən maşınları saxlayır və onlar tamamilə pulsuz şəkildə bu ailələri İrəvana aparırlar”, – deyə qəzet bildirib.