Çərşənbə , Oktyabr 21 2026
azfa

İranın erməniləri müdafiə etdiyini etiraf edən Mütəhhəri İrandan ermənipərəstliyi dayandırmağı tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlament spikerinin keçmiş müavini Əli Mütəhhəri deyib İran rəhbərliyinə müraciət edərək xahiş edib ki, heç olmasa bu dəfə erməniləri himayə etməyin.

O deyib ki, İran Xarici İşlər Nazirliyi Azərbaycanla Ermənistan arasında əvvəlki müharibədə olduğu kimi etnik narahatlıqlara görə ermənilərin tərəfində yer almamağa diqqət yetirməlidir.

Mütəhhəri Azərbaycanın Dağlıq Qarabağda erməni təcavüzünə qarşı apardığı mübarizəni 1980-1988-ci illər İran-İraq müharibəsilə müqayisə edib:

“Sadəcə atəşkəs istəmək və müzakirə çağırışı etmək yetərli deyil. Kimin haqlı olduğunu görmək lazımdır. Bizim vəzifəmiz kimin bu müharibədə haqlı olduğunu bilməkdir”.

Qeyd edək ki, Mütəhhəri dəfələrlə ölkəsinin Ermənistanı Azərbaycanla müharibədə dəstəklədiyini etiraf edib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın