Şənbə , Aprel 27 2024
azfa

Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı azərbaycanlılar heç bir xəbər verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan əraziklərinə hərbi təcavüzünü pislədiyinə görə İranın Güney azərbaycanın Ərdəbil şəhərində yaxaladığı azərbaycanlılardan heç bir xəbər verilmir.

Ermənipərəst İran rejiminin məhkəmə orqanlarından fəalların ailələrinə bildiriblər ki, azərbaycanlı fəallara qarşı açılan “cinayət işi” İranın ETTELAAT İdarəsindədir. Buna görə onlara müraciət etməlidirlər.  

Ermənistanın Azərbaycan əraziklərinə hərbi təcavüzünü pislədiyinə görə yaxalanan azərbaycanlı milli fəalların ailələri məsələ ilə əlaqədar dünən rejimin Ərdəbildəki Beheşti məhkəməsinə müraciət ediblər. Lakin onlarda fəallar barədə məlumatın olmadığını deyiblər.

Ərdəbil məhkəməsinin hakimi Babək Nounəhal isə fəalların ailəsinə deyib ki, “Özünüzü yormayın, cinayət işi hələ ETTELAAT İdarəsindədir və bizə təqdim edilməyib”. O bir neçə gün əvvəl isə həmin ailələrə bildirmişdi ki, “tutulanlarla hələ işimiz var”.

Ərdəbil sakini olan azərbaycanlı milli- mədəni fəalların həbsindən 20 gündən artıq müddət keçməsinə baxmayaraq, hələ də onların vəziyyəti və harada saxlanmalarına dair məlumat yoxdur. Fəalların tutulan gündən ailələri ilə əlaqə saxlaya bilməməsi fonunda məhkəmə və təhlükəsizlik orqanlarının məsullarının da onlar barədə bir məlumat verməməsi ailələrinin nigaranlığına səbəb olub.

Qeyd etmək lazımdır ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə təşkil edilmiş aksiyada 30-dan çox milli fəal həbs edilib. İndiyədək onlardan yalnız 12-nin kim olduğunu müəyyənləşdirmək mümkün olub.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Bir müddət öncə isə Amnesty İnternational yaydığı bəyanatda Tehran rejimi tərəfindən azərbaycanlı fəalların kütləvi şəkildə həbsindən narahat olduğunu bildirərək, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Evin zindanında azərbaycanlı fəalların qeyri-müəyyən vəziyyətdə həbsi 80 gündən çoxdur davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehrandakı Evin zindanının 4 saylı təcridxanasında saxlanılan azərbaycanlı …

Azərbaycan tərəfindən BMT-də Ermənistana qarşı məhkəmə işi başa çatıb

GADTB: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini əsas gətirərək …

Bir cavab yazın