Cümə axşamı , Oktyabr 22 2026
azfa

Terror və cinayətkarlığın himayəçisi Rusiya işğalçı Ermənistana 20 ton silah göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terror və cinayətkarlığın himayəçisi və dünyanın şər qüvvəsi olan Rusiyanın Fövqəladə Hallar Nazirliyinin təyyarələri işğalçı Ermənistana azərbaycanlı körpələri qətliam etmək üçün silah tədarük edir.

Oktyabrın 3-dən 9-na qədər Ermənistana Rusiyanın mülki təyyarələri ilə “humanitar” tədarük görüntüsü altında 20 tondan çox silah və sursat gətirilib.

Həmçinin silah tədarükü işində Ermənistan rəsmilərinin təyyarəsindən də istifadə edildiyini bildirib. Belə ki, bunun üçün Baş nazirin müavini Mqer Qriqoryan və Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan seçilib. Üstəlik, bu uçuşlar zamanı Gürcüstana silah tədarüküylə bağlı heç bir xəbərdarlıq edilməyib.

Həmçinin Fransadan da Ermənistana silahın humanitar yardım adı altında daşındığı məlumdur. Belə ki, dünən Parisin Şarl de Qoll hava limanından uçan F-GKXY bort nömrəsinə sahib Eyrbas A320-214 təyyarəsi İranın hava məkanından keçərək, İrəvana eniş edib.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın