Erməni deputat: “30 il ərzində “Arsaxa” ən çox strateji yardım edən İran olub”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcümə və Araşdırma Mərkəzi xəbər verir ki, Ermənistan parlamentinin keçmiş nümayəndəsi Arman Abovyan televiziya verilişində Qarabağı “Arsax” adlandıraraq deyib:

“-İranın siyasəti çox dərin və köklüdür və otuz il Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsinə baxmayaraq, bütün ölkələr arasında “Arsaxa” ən çox strateji yardımlar göstərib;

-Keçən həftə ABŞ dövlət katibinin müavini Yuri Kim Bakının “Arsaxa” hücum etməsinə heç vaxt imkan verməyəcəklərini söylədi, lakin biz gördük ki, buna necə asanlıqla icazə verdilər, çünki onların planı Rusiyanı sıradan çıxarmaq idi;

-ABŞ və Qərb üçün Ermənistan və “Arsax” yalnız Rusiya və İranın bölgədən əllərini kəsmək üçün bir vasitədir və onlar müdafiəsiz insanların həyatına heç bir dəyər vermirlər”./ Azad İran

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …