Cümə axşamı , Oktyabr 22 2026
azfa

Ermənilər Azərbaycanla müharibə zamanı rusların Xəzərdən ermənilərə köməyini etiraf etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilər Azərbaycanla müharibə vaxtı Xəzərdəki rus sistemlərindən istifadə etdikləri, yəni rusların onlara yardım etdiyinə etiraf etdilər.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan rusların köməyinə etiraf edərək deyib ki, müharibə zamanı səmanı ruslar periodik olaraq bağlayırdılar. Bu onların köməyi idi, amma bunu etməyə də bilərdilər.

“Bizdə bəzən qəzəblənirlər ki, niyə 4 noyabrda səmanı yenidən açıblar. Biz Rusiyanın Xəzər dənizində yerləşən hava hücumundan müdafiə sistemlərindən istifadə edirdik”, – deyə o bildirib.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …