Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ermənilərin xarabalığa çevirdiyi Pənahəli xanın sarayı bərpa olunur- Video

GADTB: Erməni vandalizminə məruz qalan Qarabağ xanlığının banisi Pənahəli xanın dəbdəbəli sarayı restavrasiya olunur.

Bu barədə “AzTV Xəbər”də yayımlanan reportajda bildirilib.

Qeyd edilib ki, XVIII əsrə aid tarix-memarlıq abidəsi olan və Pənahəli xanın sarayının, xan nəslinin nümayəndələrinin türbələrinin və məzarının yerləşdiyi tarixi qəbiristanlığın və Qarabağ atçılıq parkının daxil olduğu İmarət Kompleksi tezliklə Azərbaycanın tarixi həqiqətlərinin təqdimat mərkəzinə, yerli və xarici ziyarətçilərin baş çəkdiyi əsas məkanlardan birinə çevriləcək.

Ağdam işğaldan azad olunandan sonra xarici mütəxəssislərin iştirakı ilə 3,3 hektar ərazini əhatə edən kompleksin layihə və dizaynı hazırlanıb. Layihəyə əsasən təmir və bərpa işlərinə başlanılıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Xanlar Ağalarov və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev kompleksdə görülən işlərlə bağlı məlumat verib.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …