Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyə “F-16” mühərriklərini öz ərazisində istehsal etməyə çalışır

GADTB: Türkiyə ABŞ-ın “General Electric” korporasiyasının “F-16” qırıcılarında istifadə olunan “F110” mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır.

“Bloomberg” agentliyinin yaydığı məlumata görə, rəsmi Ankara Vaşinqtondan “F110” mühərriklərinin müştərək istehsalı üçün icazə istəyib. Türkiyə “Turkish Aerospace İndustries” kompaniyasının beşinci nəsil “Kaan” döyüş təyyarəsini iki ədəd “F110” mühərriki ilə təchiz etmək niyyətindədir. 2024-cü ilin yanvarında həmin təyyarənin ilk uçuşu nəzərdə tutulub.

Qeyd edək ki, “Kaan” qırıcı təyyarəsi üzərində çalışmalar 2017-ci ildən Milli Döyüş Təyyarələri proqramı çərçivəsində həyata keçirilir. 2028-ci ildə onun kütləvi istehsalına start verilməlidir. Türkiyə rəsmiləri bildirirlər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın “F-35” döyüş təyyarələrini geridə qoyacaq və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində silahlanmada olan “F-16” qırıcılarını əvəz edəcək.

Həmçinin yoxlayın

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq …