Cümə axşamı , Aprel 25 2024
azfa

Ermənilərlə İranın müttəfiq kimi Türkiyə və Azərbaycana qarşı yudurmaları

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilərlə İran müttəfiq şəklində Türkiyə və Azərbaycana qarşı bir-nirinin uydurmalarını təbliğ etməyə başlayıblar.

İranın türkə qarşı uydurmalarını erməni üzdəniraq professorlar təkrarlayıb təbliğ etməyə başlayıblar. Onlardan biri bu istiqamətdə deyib ki, məsələn, ermənilərin çox işlətdiyi və erməni kökləri olduğu güman edilən “Vartan” adı əslində İran və Parfiya mənşəlidir.

Əslində isə Parfiya bitərəf tarixçilər mötəbər faktlarla sübut ediblər ki, parfiya türklərin dövləti olub və onların takicmənşəli farslara və ermənilərə heç bir dəxli yoxdur.

Türkə qarşı İrana sevgilsi ilə bağlı açıqlamalarının videosu sosial mediada geniş yayılan həmin erməni professor qeyd edib: “Biz ermənilər İranın bölgədəki mədəni “ordusuyuq” (Sepah) və böyük mədəni İranın bir hissəsi olmaqdan qürur duyuruq”.

“Professor” habelə iddia edib: “Arazın bu tayındakı kilsələr Bakı tərəfindən məhv edilir, o biri tayında isə İran onları bərpa edərək dünya mirasına salır. Salam olsun ən yaxşı iranlı dost və qardaşlarımıza!”.

Diger erməni üzdəniraq professor Vartan Veskanyan isə deyib: “Bəzi yüz illik dövlətlərin əksinə olaraq (Azərbaycanı nəzərdə tutur-red.), İran min illər öncədən mövcud olub və min illər də qalacaq. İranı istəmiyənlərin gözü kor olsun! İranın mövcudluğu bölgənin bütün ölkələrinin xeyrinədir”.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …