GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə ermənipərəst İran rejiminin bir müddət əvvəl yaxaladığı Mehdi Huşməndi yenidən ETTELAAT-a çağrılaraq, hədələndi.
Mehdi Huşmənd noyabrın 8-də idari işləri ilə əlaqədar Ərdəbil Neft Şirkətinə müraciə edib. Bu zaman rejimin ETTELLAT məmurları mədəni fəalı qanunsuz şəkildə saxlayaraq həmin şirkətin rəisinin otağına aparıb və orada dindirərək, hədələyiblər.
Mülki geyimdə olan rejimin təhlükəsizlik məmurları azərbaycanlı fəalı mədəni və dinc fəaliyyətləri ilə bağlı 4 saat dindiriblər. Onlar Mehdi Huşməndə “belə fəaliyyətlərinizi davam etdirdiyiniz təqdirdə hamınızı uzun müddətli həbslər gözləyir” ifadəsi ilə hədələyiblər.
Qeyd edək ki, Mehdi Huşməndi Qarabağın işğaldan azad edilməsi əməliyyatına dəstək aksiyasında iştirakına görə Ərdəbilin Ceneral parkında rejimin məmurları tərəfindən yaxalanmışdı.
İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.