Bazar , Oktyabr 18 2026
azfa

Ermənistan Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …