Cümə , Oktyabr 16 2026
azfa

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” adlı dəyirmi masada çıxış edən Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan bildirib.

O, Ermənistanın qonşu ölkələrlə enerji əməkdaşlığı perspektivlərindən danışıb. Azərbaycan haqqında danışarkən, artıq baş tutmuş yanacaq tədarüklərini xatırladıb və gələcəkdə elektrik enerjisi tədarükünün də mümkün olduğu fikrini bildirib.

“Ermənistan qonşu ölkələr-İran və Gürcüstan və perspektivdə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”, – deyə erməni spiker qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …