GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ermənistanın Araz çayında yaratdığı ekoloji fəlakət təkcə özü və Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir.
Çox təəssüf ki, İran rejimi Ermənistanın Araz çayını çirkləndirməsi ilə bağlı erməni rəsmiləri qarşısında məsələ qaldırmır.
İran nəhayət Araz çayının çirkləndirilməsinə, yaranmış ekoloji problemlərə görə Ermənistanın məsuliyyət daşıdığını İrəvana daha sərt şəkildə çatdırmalı, bunun qarşısının alınması üçün əməli addımlar atmalıdır.
Bununla da rəsmi Tehran Araz çayında yaranan ekoloji fəlakətin qarşısının alınması üçün Azərbaycanın təşəbbüslərinə daha aktiv dəstək vermiş olar.
Artıq Ermənistanın Araz çayını zəhərləməsinin görüntüləri yayılıb.