Çərşənbə , Oktyabr 21 2026
azfa

Ersin Tatar bərabər hüquqla ancaq rəsmi müzakirələrə başlayacağını bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar Belçikanın paytaxtı Brüsseldə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşmək üçün ölkəsindən ayrılarkən verdiyi açıqlamada deyib: “Bərabərliyimizin qəbulu suveren bərabərlik əsasında və beynəlxalq bərabərlik statusunun təmin edilməsi ilə yalnız (Kıbrısda) rəsmi danışıqlara başlana və sonra vacib məsələlər müzakirə edilə bilər”.

Tatar Quterreş ilə sabah səhər görüşəcəklərini qeyd edərək deyib ki, Kıbrısda bərabərlik əsasında bir razılaşma ola bilməsi üçün bərabərliyimizi qorumaq üçün ciddi mübarizə aparırıq. BMT-nin başçılığında 27-29 aprel tarixlərində Cenevrədə keçirilən qeyri-rəsmi Kıbrıs Konfransında irəli sürdüyüm 6 maddəlik təklifin ilk maddəsi Kıbrıs Türk xalqının suveren bərabərliyinin qəbul edilməsi və beynəlxalq bərabərlik statusunun təmin olunmasıdır.

Prezident seçilmədən əvvəl və sonra “Kıbrısda bərabərliyin təmin edilməsi halında rəsmi danışıqlara başlaya biləcəkləri” mesajını verdiyini vurğulayan Tatar bu siyasətin həyata keçirilməsində Türkiyənin də hərtərəfli dəstəyinə sahib olduqlarını qeyd edib.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …