Cümə , Dekabr 27 2024
azfa

Etiraz edən Süngün Mis Mədəninin işçilərinin həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədəninin etiraz edən işçilərinin həbsi davam edir.

İşçi hərəkatı fəallarının yaydığı məlumata görə, Güney  Azərbaycanın Vərziğan bölgəsinin Süngün Mis Mədənində daha 5 etirazçı işçi həbs edilib.

İşçilərdən Kazım Şahi, Saleh Məhəmmədi, Məhəmməd Mahmudi, İsmayıl İbadi və Hacı Ziyad Mahmudinin rejimin məmurları tərəfndən yaxalanaraq naməlum yerə aparılıblar.

Bundan öncə iyulun 5-dən tətil aksiyasına əl ataraq işi dayandıran mədənçilərdən 8-i həbs edilib.

Onların 2-i sonradan müvəqqəti olaraq sərbəst buraxılıb və hazırda son həbs edilənlərlə birgə 11 mədənçinin həbsdə olduğu bildirilir.

İşçilər, iş təhlükəsizliyi olmadığı, müvəqqəti müqavilələrlə işlədikləri və iş təsnifat planının yerinə yetirilmədiyindən  podratçılar tərəfindən istismar edildiklərinə etiraz edirlər.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …