Cümə axşamı , Mart 28 2024
azfa

Evin və Ərdəbil zindablarında həbsdə saxlanılan məhbus qardaşların tərcümeyi-halı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan türk milklətinin hüquqları uğrunda fəaliyyətlərinə görə İran rejiminin Ərdəbil və Evin zindanlarında həbsdə saxladığı azərbaycanlı fəallar Behnam Şeyxi və Mehrdad Şeyxinin tərcümeyi-halı barədə video yayılıb.

Videoda Behnam Şeyxinin 31 yanvar 181-ci ildə Ərdəbil şəhərində dünyaya gəldiyi, 2004-cü ildən Azərbaycan Milli Hərəkatı ilə tanış olduğu və 2006-cı ildə İran məclisi qarşısında keçirilən etirazlarda iştirak edib saxlanıldığı bildirilir.

Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunublar.

“Milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq”da ittiham edilən fəallar Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən hər biri 2 il həbs cəzasına məhkum edilib.

Əlirza Fərshi və Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlərdə iştirak etdiklərinə görə həbs olunublar.

Behnam Şeyxi və digər milli fəallar hazırda cəzalarını Tehran Fəşafuyə və Evin həbsxanalarında çəkirlər.

Mehrdad Şeyxi isə 2019-cu ildə yanacağın qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə həbs edilib.

O, 20 noyabr 2019-cu ildə Ərdəbildə atası evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, 11 gün təcridxanada qaldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzası barədə qərar çıxarsa da, Apellyasiya Məhkəməsi bu qərarı 6 ay həbs cəzasına endirib. Hazırda Mehrdad Ərdəbil həbsxanasında saxlanılır.

Mehrdad Şeyxi siyasi məhbus Behnam Şeyxinin kiçik qardaşıdır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …