Bazar , Sentyabr 20 2026
azfa

Evin zindanında həbsdə saxlanılan azərbaycanlı fəallar naməlum yerə köçürülüb

GADTB: İsrail qırıcılarının dünən axşam saatlarında Tehranın Evin həbsxanasına bombardumanından sonra həbsxanada həbsdə olan azərbaycanlı fəallar Baqir Hacızadə, Araz Aman, Ayaz Seyfxah və Kərəm Mərdanə naməlum yerə aparılıb.

Həmçinin azərbaycanlı siyasi məhbuslar Vədud Əsədi, Salar Tahir Əfşar, Mürtəza Pərvin, Mahmud Ocaqlı, Fatimə Atəşi Xiyavi, Məhəmmədrza Fəqihi və Taher Nəqəvi kimi digər azərbaycanlı fəallar haqqında da məlumat yoxdur.

Bu məsələ Azərbaycan milli hərəkatının və fəallarının ailə və yaxınlarının narahatlığını daha da artırıb.

Bəzi insan haqları mənbələri Evin zindanının rəhbəri Hidayətullah Fərzadinin həbsxananın 4-cü palatasına xüsusi silahlı mühafizə qüvvələri yerləşdirməklə 400-dən çox siyasi məhbusu Böyük Tehran Həbsxanasına köçürməyə başladığını bildirib.

Qeyd edək ki, Böyük Tehran Həbsxanası əvvəllər qeyri-insani şəraitə, həddən artıq sıxlığa, tibbi xidmətlərin olmamasına və təhlükəsizlik infrastrukturunun yararsızlığına görə ciddi tənqidlərə məruz qalıb.

Hüquq müdafiəçilərinin fikrincə, həbsxanada xüsusi qayğıya, hüquqi və məhkəmə təminatlarına ehtiyacı olan siyasi məhbuslar bir yana qalsın, adi məhbusların saxlanması üçün belə minimum standartlar yoxdur.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …