Çərşənbə axşamı , May 26 2026
azfa

Fars rejimin təhsil nazirinin irqçi bəyanatına etirazlar davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda fars rejimin təhsil nazirinin irqçi bəyanatına etirazlar davam edir. Azərbaycanlı fəallarla yanaşı, əhalinin təzyiqi nəticəsində azərbaycanlı millət vəkilləri də rejimin nazirinin irqçi bəyanatına etiraz edirlər. Həmin millət vəkillərindən biri də Xoy şəhərinin məclisdəki millət vəkili Tağı Kəbiridir. O deyib ki, təhsil naziri Məhəmməd Bəthayi üzr istəməlidir .

“Həssas bir nazirliyə rəhbərlik edən bir şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib, ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”, – T.Kəbiri bildirib.

Qeyd edək ki, iyulun 14-də İran adlanan ölkənin Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğunu, bu səbəbdən qadağan edildiyini bildirmişdi.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …

Bir cavab yazın