Bazar ertəsi , İyun 1 2026
azfa

Fransanın Cənubi Qafqazla bağlı siyasəti regiona ciddi təhdiddir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu siyasət zərərli siyasətdir:

“Bu, Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılmasına töhfə vermir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin aparılmasına, xüsusilə də aprelin 19-da sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan nəticələrə, dekabrın 7-də iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə olunmasına, bütövlükdə Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində atılan ciddi addımların atıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Bu, eyni zamanda Ermənistanın daxilində olan revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir adımdır. Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa da BMT Təhlükəsi Şurasının daimi üzvü olaraq daha məsuliyyətli bir siyasət həyata keçirməlidir”.

H.Hacıyev bildirib ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir:

“Bu, Ermənistanın real praktikasına və siyasətinə əsaslanan bir təcrübədir. Azərbaycan xalqı və dövləti də bundan əziyyət çəkib. Ona görə də işğalcı-təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz”.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …