GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyinin başqanı sayın Əjdər bəy Tağızadə və sayın Babək bəy Azad “Media Turk TV”-də “Paşinyana qarşı hücum başladı: Rusiya onu yox edəcək?” mövzusunda çıxış ediblər.
Sayın Əjdər bəy Tağızadə və Babək bəy həmin proqramda çıxışında Həmasla İsrail savaşının davam etməsi, İranın müdaxiləsi ilə toqquşmanın genişlənmə ehtimalı, Rusiyanın Paşinyana qarşı hücumu və Fransanın Ermənistanı dəstəkləməsi, Makronun ikili standartlarla yanaşaraq, erməni terrorçularını dəstəkləməsi, molla rejiminin 6 terrorçu qrup yaradıb sabitliyi pozması və s. məsələlərdən danışmışlar.
Sayın Əjdər bəyin və Babək bəyin çıxışının videosuna baxa bilərsiniz: