GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və “Ovqat.com”un baş redaktoru sayın Heydər Oğuz “Prime TV”-də “Tehran və Moskvanın Bakı planı” mövzusunda çıxış ediblər.
Sayın Əjdər bəy Tağızadə və sayın Heydər Oğuz həmçinin həmin proqramda çıxışlarında İran adlanan yerdə ciddi çaxnaşmanın olması, Azərbaycanın quzeyində də müəyyən hərəkətlənmənin olması, işğalçı molla rejiminin azərbaycanlı fəalları həbsə məhkum etmələri, xüsusilə Kreml və Tehrandan Azərbaycana qarşı planlar və təxribatları, Urmiya gölünün qurudulması, İrana qarşı regionda yeni birliyin yaranması və s. məsələlərdən bəhs etmişdir.
Sayın Əjdər bəy və Heydər bəyin çıxışının videosuna baxa bilərsiniz: