GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta ABŞ-ın Dövlət Departamentində İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huka məktub ünvanlayaraq, İran adlanan ölkə və Güney Azərbaycan həqiqətləri barədə məsələləri açıqlamışdır.
GADTB adına BMT-nin iclasına və B.Huka ünvanlanan məktubun bir hissəsində yazılıb ki, İran Adlanan ölkədə mövcud rejim son 95 ildən bəri Qacar türk dövlətinə qarşı İngiltərə ve Rusiyanın köməyi ilə çevriliş yolu ilə fars pəhləvi rejiminin hakimiyyətə gətirilməsi ilə meydana çıxıb. Bu rejimin davamında isə fars mola rejimi hakimiyyətə gətirilib. Beləliklə 40 milyonluq Azərbaycan türkü, eləcə də ərəblər, bəluçlar, kürdlər və s. xalqlar farsların isarəti altında düşmüşdür.
Sayın Mikayıl bəy həmçinin mövcud reallığı xatırlatmaqla bölgədə təhlükəsizlik və sabitliyin bərqərar olması üçün bu fars molla rejiminin hakimiyyətdən getməyinin zəruri olması və qeyri-farsların, xüsusilə Azərbaycan türkünün öz müstəqilliyini əldə etməsinin zəruriliyi açıqlanıb.