
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bəyanatla Azərbaycan Ordusunun qanunsuz erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində təxribatının qarşısını almaq məqsədilə keçirdiyi anti-terror əməliyyatını dəstəkləyib.
Bəyanatın bir hissəsində deyilir: “Güney Azərbaycan Demokratik Türk Birliyi müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Azərbaycan dövləti və milləti, eləcə də Azərbaycan Ordusunun yanında olduğunu və Azərbaycanın bu haqq işini dəstəklədiyini bildirir.
Yaşasın millətimiz, dövlətimiz və qəhrəman Ordumuz!”
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)