Çərşənbə axşamı , İyun 18 2024
azfa

GADTB-nin İran casuslarının Azərbaycanda tutulması ilə bağlı bildirişi

GADTB: İran uzun illər idi istər təhsil adı altında Qum və s. şəhərlərə azərbaycanlı gəncləri aparmaq və onları yetişdirəndən sonra Azərbaycana göndərmək, istər səfirlik, Mədəniyyət Mərkəzi və İmam Komitəsi və s. vasitəsilə Azərbaycan Respublikasına casus şəbəkəsi yetişdirməyə çalışmışdır.

İrqçi fars-molla rejimi casus şəbəkəsi ilə Azərbaycanı Suriya, Yəmən, İraq və Livan kimi qeyri-sabit bir ölkəyə çevirmək istəmişdir. Üstəlik, İranın Azərbaycan və türk millətinə düşmən münasibətini nəzərə alaraq, İranın casus şəbəkəsinin Azərbaycanda necə təhlükəli olduğunu anlamaq olar.

Azərbaycan dövləti uzun illər qonşuluq münasibəti üçün İranın bu istiqamətində düşmənçilik siyasətinə dözsə də, artıq İkinci Qarabağ müharibəsindən İranın Azərbaycana qarşı düşmənçiliyi açıq müstəviyə daşındıqdan və Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hadisəsindən sonra Azərbaycan artıq İran casus şəbəkəsinə qarşı əməliyyata başladı. Din pərdəsi altında İranın molla rejimnə qarşı casusluq edən şəxslərin zərərsizləşdirilməsi isə molla rejiminin təhlükəsini ortadan qaldırmaq istiqamətində çox önəmli addım hesab edilir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövlətinin İran casus şəbəkəsinə qarşı əməliyyatını dəstəkləyib və bu əməliyyatların ölkədə sabitliyə və təhlükəsizliyə hesablanmış çox mühüm hadisə olduğunu bildirir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə …

Sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi ilə bağlı Avstraliya rəsmilərinə müraciətinə cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və …