Cümə , Dekabr 27 2024
azfa

GADTB-nin Məhəmməd Əmin bəy Rəsulzadənin doğum günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bildirişi

31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi, böyük türkçü, dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan türk millətinin dahi öndəri Məhəmməd Əmin bəy Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Bu gün onun anadan olmasından 134 il ötür.

Bu il həm də M.Ə.Rəsulzadənin qurduğu Şərq aləmində və Türk Dünyasında ilk demokratik, pluralist və dünyəvi Azərbaycan dövlətinin 100 illiyidir. Məhəmməd Əəmin bəy Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan türk millətinin çoxəsirlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında müasir dövrdə davamıdır.

Türk dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ömür sürməsinə və Qızıl Ordunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, M.Ə.Rəsulzadənin qurduğu demokratik Azərbaycan dövləti insanlara çox böyük hüquq və azadlıqlar vermişdi. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində döyüş qabilliyətinə malik Azərbaycan ordusunu təşkil etmiş, dövlət quruculuğunun bütün sahələrində səmərəli iş aparılmış və yeni, milli tələblərə və demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurulmuşdu. Müstəqil Azərbaycanın bayrağı, himni və digər dövlət atributları Azərbaycan Xalq Cümhuriyyətində qəbul edilmiş, Azərbaycanın tarixində ilk universitet – Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində Azərbaycan türk millətinin sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra önəmli işlər görülmüşdür. Məhəmməd Əmin bəy Rəsulzadə Azərbaycan türk millətinin müasir dövr dövlətçiliyinin və dövlətinin banisidir

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Xalq Cümhuriyyətinin davamı olan müstəqil Azərbaycan Respublikasını dünya azərbaycanlılarının müstəqil dövləti hesab edərək, M.Ə.Rəsulzadənin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilli və Bötüv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir.

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağıdazə

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın