GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Goşaçay şəhərində irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə aksiya keçirilib.
Güney Azərbaycanın Qoşaçay (Miyanduab) şəhərinin gəncləri İranın ETTELAAT İdarəsi tərəfindən bu yaxınlarda girov götürülən azərbaycanlı milli fəalların şəkillərinin dərc edildiyi vərəqələri şəhər divarlarına yapışdıraraq onların sərbəst buraxılması üçün kütləvi aksiya təşkil ediblər.
Azərbaycanlı fəalların yaydığı vərəqələrin üzərində aşağıdakı şüarlar yazılıb:
“İgidlərə özgürlük”,
“Azadlıq, Ədalət, Milli Hökumət”,
“Yaşasın Azərbaycan igidləri”,
“Azərbaycanın milli məhbuslarına özgürlük”.