Çərşənbə , Avqust 26 2026
azfa

Güldürlü Vəli kimi tanınan azərbaycanlı şair vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güldürlü Vəli kimi tanınan və Güney Azərbaycanın Qaradağ bölgəsindən olan Vəli Şahməhəmmədi iyunun 16-da Tehranın “İmam Hüseyn” xəstəxanasında dünyasını dəyişib.

Azərbaycanın tanınmış sənətçilərindən olan və 1955-ci ildə Qaradağın Güldürlü kəndində anadan olan şair yeniyetmə çağlarında iş axtarmaq üçün Tehrana köçüb və ömrünün sonunadək orada yaşamalı olub.

Tehranda bina boyama işi ilə məşğul olan Güldürlü Vəli orada ədəbi fəaliyyətlərini genişləndirərək, “Qaradağ” və “Sabir” ədəbi dərnəkərinin üzvü, “Sabir” ədəbi dərnəyinin idarə heyətinin üzvü və bu dərnəyin musiqi bölməsinin rəisi kimi fəaliyyət göstərib.

Bu günə kimi Güldürlü Vəlinin “Ağlı dağ”, “Qartal qaynağı”, “Həsrət güzgüsü”, “Lampasız otaq” və “Vəli Güldürlünün divani” adlı şeir kitabları çab olunub.

Qaradağda ənənəvi “Hürufiyyə” təriqətinin davamçılarından olan Güldürlü Vəlinin kitabları barədə Güney Azərbaycanın tanınmış ədəbiyyatçıları çox sayda rəy yazıblar.

Azərbaycanlı şair bu gün Tehranda dəfn edilməkdədir.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …