Cümə axşamı , Avqust 18 2022
azfa

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Güney Azərbaycan Öyrənci Günü İlə Bağlı Bildirişi

GADTB: Dəyərli ”Azərbaycan Türk Milləti”, sevimli öyrəcilərimiz!

Bildiyiniz kimi, İran farsçı rejiminin iş başına gəlməsi ilə, nəinki bu coğrafiyada Türklərin hər hansı sorunu ən ufacıq reform şansı tapmadı, tərsinə daha dərin milli, kültürəl, iqtisadi, sosial çalarlarla qarşı-qarşıya qaldı. İran İslam rejimi, hər fürsətdə Azərbaycan türklüyünə qarşı ayrı-seçkilik siyasəti yürütdü. Oxulda, bazarda, idarədə, idman, bilimyurdda və bütünlüklə yaşam alanlarında Azərbaycanda və İranda yaşayan türklərin varlığına təcavuz mikanizmi dövlət stratejisinə çevrildi. Farsçı rejimin anti-türk siyasəti, 1374 (1995) ilində aşkarlıq zirvəsinə yüksələrək, rəsmi dövlət Radio-Tvsindən 7 maddəlik bir sorğu yayımladı. Bu sorğulamada Fars etnikinə qarşı, anlamca aşağıdakı sorğular verildi:

1- Bir Türk ilə evlənmək istərsizmi?

2- Qızınızı Türk oğlanla evləndirərsizmi?

3- Aşura-Tasua kimi məzhəbi məclislərdə Türklərlə bir arada olmaq istərsizmi?

4- Türk qonşuluğunda yaşamaq istərsizmi?

5- Türkünən bir yerdə işləmək istərsizmi?

6- Çoxunluğu Türk olan məhəllədə ev almaq istərsizmi?

7- Türk ailəsilə gediş-gəliş etmək istərsizmi?

”Sosial Fasilə” adı altında İran İslam Cümhuriyyətinin Rəsmi Radio-Tv-sinin ”Kamoyu Araşdırma və İncələmə” mərkəzinin tərəfində Tehran və Qom şəhərlərində yayımlanan yuxarıdakı faşisti sorğular, az bir zaman içində öyrəncilər başda olmaqla ”Azərbaycan Türk Milləti,ni ayaqlandırdı. Ölkənin ən qaranlıq zamanına rastlaşan bu sorğulara qarşı Təbriz və Azərbaycan bilimyurdları ilə yanaşı İran bilim mərkəzlərindəki Türk öyrənciləri əllərində olan bütün imkanlarla faşizmə qarşı ayaqlandılar. Rejim, qarşılıq verincə qanlı qarşı durmalar, tutuqlamalar, işkəncələr başladı. Rejim, bir yandan Rəhbərinin əmrilə vur siyasəti irəli sürdü, başqa yandan isə, sorğu verənləri xarici düşmən amili adlandırmaqla cəzalandıracaq sözünü ortaya ataraq Türk millətini aldatmağa çalışdı.

19/ordibeheşt/1374, (09/may/1995) günü, Azərbaycan Türk öyrəncilərinin tək yumuruq olaraq farsçı rejimə qarşı ən yadda qalan gün kimi tarixə düşdü. Rejimin Radio-Tv orqanı başda olmaqla, diyər rəsmi orqanları ardı-ardına Türk millətindən üzür istəməyə başladı. Türkləri sakitləşdirmək üçün amillərə qarşı məhkəmə quracaq yalanını irəli srüdü. Ancaq, ox yaydan çıxmişdi artıq! Rejim, ”Azərbaycan Türk Millətinə” və onun öncül övladları olan öyrəncilərinə nə qədər faşist, şovenist və anti-türk olduğunu bir daha göstərmişdir.

Sözsüz ki, Azərbaycan Türk öyrəncisi, millətinin aydın düşünürü, ayaqdakı gücü və gələcəyi olaraq, belə aparteid davranışını unudmamış və unudmayacaq! Azərbaycan öyrəncisi bunu bilir ki, Türk olmaq zülmə qarşı olmaqdır. Türk varlığına əl uzaldanların əlini qırmaqdır. Azərbaycanlı öyrənci bunu bilir ki, öz millətinin ən öndə gedən milli savaşçısı, qurtuluşçusudur.

Bu üzdən ”Azərbaycan Milli Hərəkatı”, 19/ordibeheşt/09/may/ gününü, ”Güney Azərbaycan Öyrənci Günü” elan edərək, öyrənci övladlarının dayanışma və dirənişməsinin tarixi önəmini göstərməyə çalışır. 

Güney Azərbaycan Öyrənci Günü, bütün Türk öyrəncilərinə qutlu olsu.

Yaşasın Azərbaycan Türk Öyrəncisi və 19 ordibeheşt/09 may, Öyrənci Günü!

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi:

Azadlıq Cəbhəsi (GAMAC)

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan Öyrənci Hərəkatı (AZOH)

Güney Azərbaycan Demokrat Partiyası (GADP)

Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)

Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Təbrizdə Urmiya gölünün qurudulmasına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı milli-mədəni fəallar Urmiya gölünün qurudulmasına etiraz …

Qeyri – Alban məliyi olan Gülüstan (xvıı) haqqda

GADTB: Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş alban məlikliyindən biri Gülüstan Məlikliyi olmuşdur …