Çərşənbə axşamı , Mart 10 2026
azfa

Güney Azərbaycanda 3 min illik yeni tarixi əsərlər aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Meşginşəhr bölgəsində 3 min illik yeni tarixi əsərlər aşkarlandı. Bu barədə Ərdəbil Polis İdarəsinin rəisi general Huşəng Hüseyni məlumat verib.

Tarixi əsərlərin Meşginşəhrin “Məzrəə Xələf” kəndində bir yaşayış evindən tapıldığını deyib.

Polis evə baxış keçirərkən 6 saxsı qab, 1 yağ çırağı, 78 bürünc pərçim əsəri, 3 bürünc halqa, fildişindən 2 üzük, 2 bürünc qılınc və 1 ağırlıq daşı aşkar olunub.

Məlumata görə, Mədəni İrs İdarəsinin eksperti tarixi əsərlərinin 3 min il əvvələ aid olduğunu deyib.

General Huşəng Hüseyninin sözlərinə görə, tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olan şəxs yaxalanaraq, məhkəməyə aparılıb.

Həmçinin yoxlayın

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

İran xaricdəki öz vətəndaşlarını edamla hədələdi

GADTB: İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib. İslam Respublikasının …

Bir cavab yazın