Cümə , Dekabr 27 2024
azfa

Güney Azərbaycanda siyasi məhbuslara dəstək bəyanatı yayıldı

GADTB: Güney Azərbaycanın müxtəlif şəhərlərində kütləvi həbs dalğasının başlamasından iki aydan çox vaxt keçir. Bu ilin sentyabrında neçə-neçə milli-vətəndaş cəmiyyəti və siyasi fəal, o cümlədən Murtuza Nurməhəmmədi Nadarlı, Davud Şiri, Araz İbrahimnejad, Cavad Sudbar, Əmirhüseyn Ağayi, Əli Babayi, Seyidməhəmmədrza Müvəhhid, Mehrdad Qaderi, Hüseyn Azadi, İbrahim Əvəzzadə, Nasir Rəzmcu, Sabir Hüseynzadə, Röya Zakiri, Yürüş Mehrəlibəyli, Hamid Yeganəpur həbs edilib.

Təəssüf ki, İran hökuməti hələlik həbslərin səbəbinə aydınlıq gətirmir. Amma narahatlığa əsas səbəb zindanlarda onlara qarşı qanundan kənar davranışlardır.

Fəalların uzun müddət həbsdə qalması və müvəqqəti saxlanma müddətinin dəfələrlə uzadılması, habelə təcridxanada ailələri ilə telefon əlaqəsinə məhdudiyyət və qadağa qoyulması əsas problemlərdəndir.

Bu üzdən bir qrup azərbaycanlı fəal siyasi məhbusların haqlarının pozulmasına son qoyulması üçün onlara dəstək məqsədi ilə imza toplayır./Azad İran

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …