Çərşənbə axşamı , Noyabr 5 2024
azfa

Güney Azərbaycanın Qəzvin vilayətində rejim180 işçini ixtisar etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin vilayətində yerləşən “Marliksan” zavodunun 180 işçisi rejim tərəfindən ixtisar edilib.

Avtomobil üçün ehtiyat hissələri istehsal edən zavodun işçiləri bu barədə deyib: “Zavodun bu ilin əvvəlində (Novruz bayramı nəzərdə tutulur) 340 işçisi var idi. Ötən günlərdə 1 ildən 15 ilədək zavodda çalışan 180 işçi ixtisar edildi. Buna səbəb ölkənin iki böyük avtomobil zavodunun “Marliksan”a borcunu ödəməməsidir”.

Onların sözlərinə görə, hazırda zavodda 160 işçi qalıb. Onların iş müqaviləsə 1-2 aydan bir uzadılır, işçilər işlərini itirməkdən qorxurlar.

Sənaye müəssisəsi avtomobil zavodlarına aylar öncə ehtiyat hissələri satıb, lakin satdığı məhsulun pulunu ala bilmir.

Həmçinin yoxlayın

Molla rejimin keçmiş əmək naziri: Azərbaycandan İsrailə gedən qaz kəmərini raketlərlə vurmalıyıq!

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin keçmiş əmək naziri Azərbaycana qarşı hücuma …

Molla rejimin ayrıseçkilik siyasətinin nəticələrindən; Marko Polonun gecələdiyi Təbrizin Dəvəçi Karvansarası baxımsız vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Marko Polonun gecələdiyi Təbrizin tarixi Dəvəçi Karvansarası irqçi …

Bir cavab yazın