Cümə axşamı , Dekabr 26 2024
azfa

Güney Azərbaycanın təqaüdçülər yenidən aksiya keçirdilər

Dünən noyabrın 11-də Urmiya,Təbriz, Həmədan və s. Güney Azərbaycan şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.

Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, təqaüdçülərin 3 ilə yaxındır eyni tələblərlə aksiya keçirmələrinə baxmayaraq problemləri həll olunmamış qalıb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …