Güney Azərbaycanın Traxtur komandası Asiya Çempionlar Liqasının növbəti mərhələyə yüksəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası Asiya Çempionlar Liqasının növbəti mərhələyə yüksəlib. Oyunların nəticələri Traxturun növbəti mərhələyə keçməsinə imkan yaradıb.

Asiya Futbol Konfedrasiyasının yeni qaydalarına görə, 40 seçmə komandanın iştirak etdiyi Asiya Çempionlar Liqasında Qərbi Asiyanın ikinci qruplarının 5 komandasından yalnız iki komanda növbəti mərhələyə keçə bilərdi.

Qrupda başqa klublarla xalı bərabər olan Traxturun növbəti mərhələyə yüksəlməsi üçün ötən gecə keçirilən oyunların nəticəsi effektiv oldu.

Səudiyyə Ərəbistanın Əlhilal komandasının 2-0 hesabı ilə məğlubiyyəti Güney Azərbaycan komandasının Asiya Çempionlar Liqasının sonrakı mərhələsinə yüksəlməsinə səbəb olub.

Sentyabr ayında keçiriləcək növbəti mərhələdə Traxturun rəqibi Səudiyyə Ərəbistanın çempionatda iştirak edən başqa klubu Əlnəsr olacaq.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …