Güney Azərbaycanın Xısroşa şəhərində yükmaşını sürücüləri etiraz və tətilə başladı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın əksər şəhərlərində yükmaşınları sürücülərinin etiraz və tətilə başlamasından sonra, bu gün 2018-ci il oktyabr ayının 1-də Xısroşa şəhərində yükmaşınları sürücüləri də etiraz və tətilə başladı.

Sürücülər iqtisadi şəraitin pisləşməsi, ehtiyat hissələrininbahalaşması və kirayələrin aşağı olmasına etiraz edirlər. Lakin irqçi və işğalçı fars rejimi Güney Azərbaycanın müxtəlif şəhərlərində onlarla etirazçı sürücünü yaxalayıb.

İrqçi rejimin rəsmiləri həmçinin tətilə başlayan sürücüləri tətilə son qoymaları məqsədilə hədələyib.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın