Cümə , Dekabr 27 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 21 Azər – Azərbaycan Milli Hökumətinin təşkilinin ildönümü münasibətilə bildirişi

GADTB: 21 Azər hərəkatı ilə qurulan Azərbaycan Milli Hökumətində Seyid Cəfər Pişəvəri deyirdi “Öldü var döndü yoxdur”. Azərbaycan Milli Hökumətinin hər tərəfdən şovinist və cinayətkar fars rejimi və onun himayəçilərinin təzyiqi və hücumu nəticəsində süqutundan sonra Azərbaycanın düşmənləri bu sözü lağa qoyaraq, “Öldü də var imiş döndü də” deyirdilər. Lakin başa düşmürdülər ki, Pişəvəri bu sözü təkcə bir dönəm üçün yox, bəlkə bu gün üçün də deyirmiş. Bu gün bu hərəkat davam edir və görünür ki, Azərbaycan türk milləti öz müstəqillik sevdasından dönməyib. Bu gün Azərbaycan türk milləti müstəqillik uğrunda mübarizəsini davam etdirir.

21 Azər hərəkatı sinfi mübarizə yox, milli hərəkat idi. Hərəkatın başçısı Pişəvəri dəfələrlə təkrar edirdi ki, bu hərəkat milli hərəkatdır, sinfi hərəkat deyil. Azərbaycan türkləri bir-birinə qarşı mücadilə aparmırlar. Bəlkə fars şovinizminə qarşı mübariz aparıb, Azərbaycan türkcəsində məktəb, universitet, mətbuat və radionun açılmasına açılırlar və bunu da etmişdilər.

21 Azər hərəkatı ilə Güney Azərbaycana yeni ruh gəldi. Azad mətbuat, fikir azadlığı və ümumiyyətlə Azərbaycana azadlıq gəldi. Bu da irqçi və irticaçı fars şovinizmini, eləcə də onları dəstəkləyib hakimiyyətə gətirən başda İngiltərə olmaqla dünya müstəmləkəçilərini qorxuya saldı. Belə ki, dünya müstəmlkəçiləri Moskva konfransında Azərbaycanın müxtariyyət qazanmasına belə icazə vermədilər. Bunun ardından isə Tehran rejimi bütün anlaşmalara rəğmən Azərbaycana hücuma keçib, Azərbaycan türklərinə qarşı dəhşətli soyqırım törətdi.

Pişəvəri başçılığı ilə 21 Azər hərəkatı İran adlanan yerdə demokratiya, federalizm və parlamentarizmin sonuncu təşəbbüsü idi. Tehranın irticaçı fars rejimi və onun himayədarları göstərdilər ki, bu bölgədə və qondarma İran adı altında olan ərazidə Azərbaycan türk millətinə heç zaman öz mədəni və insani hüquqlarına çatmağa icazə verməyəcəklər. Azərbaycan əsarətdə olduğu anadək Pişəvəri demişkən “Tehran abad olacaq, Azərbaycan bərbad olacaq”. Pişəvəri deyirdi ki, əgər biz istəklərimizə nail olmasaq Tehranla vidalaşacağıq.

21 Azər hərəkatının başlanğıcı və faciəvi sonu göstərdi ki, Azərbaycan milləti yalnız özünə güvənməlidir. Millət özünə güvənib, iradəsini sərgiləsə heç bir imperianın himayəsinə də möhtac olmaz. Biz öz millətimizə güvənməliyik. Bizim liderlərimiz Məhəmməd Əmin Rəsulzadə, Pişəvəri, Əbülfəz Elçibəy və Atatürk də göstərdi ki, güc türk millətindədir. Azərbaycanda da Azərbaycan türk milləti iradə edəndə öz məclisini, öz dövlətini və öz ordusunu yaradır. Sərhədlərinə, sınırlarına özü sahib çıxır. Bu gün 21 Azər hərəkatının ənənəsinə dayanaraq, Azərbaycanın güneyinin təkcə bir yolu qalıb. O da öz istiqlalını əldə edib və Azərbaycanın müstəqil dövlətinin yaratmaqdır. Bu hərəkatın bizə təkcə bir mesajı var. O da farsa, fars şovinizminə inanmadan yalnız öz gücünüzə dayanıb Azərbaycanı azad etmək. Bir sözlə Pişəvəri demişkən bu millətə müstəqilliyini əldə edənədək nə öldü var nə döndü.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …

Bir cavab yazın