Şənbə , Mart 15 2025
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə təbrik mesajı

GADTB: Quzeyli-güneyli Bütöv Azərbaycanın simvoluna çevrilən üç rəngli bayrağımız ilk dəfə 1918-ci il  noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. Eyni zamanda Azərbaycan müstəqilliyini bərpa etməklə 5 fevral 1991-ci ildə yenidən həmin 3 rəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoylu və digər Cümhuriyyət qurucularının yaratdığı Azərbaycan bayrağı, min illər boyu böyük imperatorluqlar quran Azərbaycan Türk Millətinin müasir dövrdə kimliyinin simvoluna çevrilmişdir. 3 rəngli Azərbaycan bayrağı həm də Azərbaycanın türklüyü və bütövlüyünün ilham qaynağına çevrilmişdir.

Bu gün Azərbaycanın 3 rənli bayrağının Xankəndi, Xocalı və Ağdərədə dalğalanması hər bir Azərbaycan türkünün sevincinə səbəb olub.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına, o cümlədən həmin cümhuriyyətin yaratdığı 3 rəngli Azərbaycan bayrağını öz sayğısını ifadə edərək, həmin bayrağı Bütöv Azərbaycanın bayrağı hesab edir və 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə quzeyli-güneyli Azərbaycan Türk Millətini, Azərbaycan dövlətini və Türk Dünyasını təbrik edir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

BMT: “İran hökuməti qadınları, milli azlıqları və müxalifəti sıxışdırmağa davam edir”

GADTB: Dünən BMT-nin Faktaraşdırıcı Komitəsini hesabatında bildirib ki, İran rəsmiləri ölkədə sistemli şəkildə insan hüquqlarını …

Güney Azərbaycanda 3000 illik tarixi kitabə dağılmaq üzrədir

GADTB: Güney Azərbaycanın Əhər bölgəsinin Şüşə kəndində 3000 illik tarixi kitabə İranın Mədəni İrs İdarəsinin …