Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirdilər

Güney Azərbaycanın Təbriz, Urmiya və Ərdəbil şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri yenidən etiraz aksiyası keçiriblər.

İranın bir sıra şəhərləri ilə eyni vaxtda avqustun 12-də Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan azərbaycanlı təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edən şüarlar səsləndiriblər:

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Onlar “Təqaüdə çixmış rabitə işçilərinə qarşı neçə illik zülmə son verin!”, “təqaüdçülərlə bağlı konstitusiya tələblərini yerinə yetirin” və başqa şüarlar yazılmış plakatlar nümayiş etdiriblər.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …