Güney Azərbaycan və İran adlanan ölkədə müəllimlər tətil və etiraza başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il oktyabr ayının 14-də Güney Azərbaycan və İran adlanan ölkədə müəllimlər ağır iqtisadi duruma, ədalətsizliyə və əmək haqqının aşağı olmasına etiraz olaraq tətilə başladılar.

Güney Azərbaycanın Təbriz, Zəncan, Sayınqala, Qəzvin, Kərəc, Culfa və s. şəhərlərində azərbaycanlı müəllimlər tətil və etiraza başlayıb. Onlar məktəbdə müəllimlər otağına toplaşaraq dərslərə girməyib və əmək haqqının aşağı olması və rejimin ədalətsizliyinə etiraz etdilər.

İran adlanan ölkənin əksər şəhərlərində də müəllimlər tətillərə qoşulub.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Fatimə Atəşi Xiyavi Evin zindanında həbsdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fatimə Atəşi Xiyavi” 23 fevralda Evin prokurorluğunun qərarların …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın