Çərşənbə , Oktyabr 21 2026
azfa

Güney Azərbaycanda Süngün mədəninin işçilərinin etiraz aksiyaları davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədəninin işçiləri dünəndən etibarən tətilə başlayıb.

İşçilərinə etirazına səbəb pis iş şəraiti, aşağı əmək haqqı və işçilərə qeyri-bərabər münasibətdir.

İşçilər xüsusilə əmək haqlarının artırılmasını tələb ediblər.

Qeyd edək ki, bu tətil son iki ay ərzində mədəndə keçirilən üçüncü tətildir. Mədən Təbrizdən 78 km şimalda yerləşir və Yaxın Şərqin ən böyük mis mədənlərindəndir. Lakin İran rejimi müstəmləkəçi kimi mədəni talayıb fars bölgələrinə daşımaqdadır. 

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …