Cümə axşamı , Oktyabr 22 2026
azfa

Urmiyada azərbaycanlı fəal Əkbər Sadiqi bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Əkbər Sadiqi irəli sürülmüş ittihamlardan bəraət alıb.

Bu barədə Urmiya şəhərindəki İnqilab Məhkəməsinin 2-ci bölməsi qərar çıxarıb.

Urmiyada yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi Cinayət Prosessual Məcəlləsinin 380-ci maddəsinin 2-ci qeydinə əsasən qərar çıxarıb. Həmin qərarla Əkbər Sadiqi “Sistemə qarşı müxalif qrupların xeyrinə təbliğat aparmaq” ittihamından bəraət alıb. Qərar milli fəala şifahi şəkildə bildirilib.

Qeyd edək ki, 2020-ci il avqustun 10-da rejimin kəşfiyyat və təhlükəsizlik polisi məhkəmə qərarı ilə Əkbər Sadıqinin atası evinə çağırış vərəqəsi göndərərək avqustun 9-da milli fəalın polis dairəsinə getməsini tələb etmişdi.

Azərbaycanlı muraciət etdikdə Urmiya şəhərində rejimin kəşfiyyat və təhlükəsizlik polisinin “9 Pillə” mərkəzi binasında hazır olan Əkbər Sadıqi yaxalanıb və avqustun 10-da 50 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdı. 

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …